Turizm sahəsində təhsil alanlar, və turizm ilə maraqlananlar üçün turizm terminlərinin izahını verən – Turizm İzahlı lüğətini təqdim edirəm. Sadəcə olaraq lügət türk dilindədir, lakin ümid edirəm sizə köməyi dəyəcək və bəyənəcəksiz.
İzahlı turizm lüğəti
Posted by azturizm on 26/02/2010
Kateqoriyası: Kitablar | İpucu verildi: Azerbaycan turizm, turizm, Turizm lugeti | Leave a Comment »
Turizm, Festivallar və Mədəni tədbirlərin perspektiv və imkanları üzrə Beynəlxalq Konfrans (2010)
Posted by azturizm on 13/01/2010
Festivallar və mədəni tədbirlərin bütün növləri incəsənət, cəmiyyətin inkişafı, regenerasiya və turizm sektorlarında çalışan qərar qəbulundan məsul şəxslər və təcrübəçilərin sabit və artan maraq dairəsindədir
.
Konfransın məqsədləri
Festivallar və mədəni tədbirlərin bütün növləri incəsənət, cəmiyyətin inkişafı, regenerasiya və turizm sektorlarında çalışan qərar qəbulundan məsul şəxslər və təcrübəçilərin sabit və artan maraq dairəsindədir. Bu maraq və cəlb olunma bu sektorlar arasında iqtisadi tənəzzül, sosial və ekoloji böhran dövründə festivallar və mədəni tədbirlərin inkişafı, idarə edilməsi və qiymətləndirilməsi ilə bağlı əlaqələr olması haqda bir çox tənqidi suallar yaradır. Yazının ardını oxu »
Kateqoriyası: Elanlar | İpucu verildi: beynəlxalq tədbir, danimarka, festival, konfrans, kopenhagen, turizm tədbiri | Leave a Comment »
İrland Turizmin turist sayını artırmaq planı
Posted by azturizm on 27/12/2009
İrland Turizm gələn il üçün İrlandiya adasına gələn turistlərin sayını 3 ℅ və ya 230.000 nəfər artırmağı hədəf plan kimi hazırlayıb. Bu dünya turizmi haqqında proqnoz verən Turizm Ekonomiksin, həmin müddət üçün İrlandiya adalarını ziyarət edənlərin sayının 2 ℅ qədər azalacağına dair gözləntilər ilə ziddiyyət təşkil edir.
İrland Turizmin hesablamalarına görə 2008 – ci il ilə müqayisədə bu ilin sonu turistlərin sayı 12 ℅, hardasa 7.6 milyon nəfər azalmışdır. Bu eyni zamanda 3.7 milyard € maliyyə itkisidir.
Bu gün Dublində 2010 – cu il üçün marketinq strategiyasının təqdimatını edən, İrland Turizmin rəhbəri Nial Hibbonz qeyd elədi ki, Dünya Turizm Təşkilatı və Turizm Ekonomiks 2010 – cu il üçün yenə qeyri – müəyyən vəziyyətin davam edəcəyini praqnozlaşdırırlar. Yazının ardını oxu »
Kateqoriyası: Xəbərlər | İpucu verildi: Irland, irland tourism, tourism, world tourism organization | Leave a Comment »
Dünya gözəli Cəbəli- Tariq turizminin inkişafına səbəb ola bilər
Posted by azturizm on 24/12/2009
Cəbəli-Tariq turizmi, formalaşmasından indiyə kimi inkişafı üçün ilk dəfə güclü təsirə məruz qaldı. Cəbəli- Tariq gözəli Kaiane Aldorino məşhur Puerto Rikolu gözələ qalib gələrək 2009 – cu il Dünya Gözəli oldu və bununla da bütün dünya kişilərinə Cəbəli- Tariqdə də cazibədar qızların yaşadığını sübut elədi.
İohannesburqda səhnələşdirilmiş tamaşada qələbə həqiqətən Britaniyanındır, çünki hətta baxmayaraqki, Cəbəli-Tariq İspaniya ilə həmsərhəddir, onun faktiki olaraq Britaniya ərazisi olması, Aldorinonu Britaniyalı vətəndaş hesab etməyə əsas verir. Əsl gözəllik müsabiqəsinə uyğun səhnədə, 22 yaşlı xanım öz qələbəsini təsvir etmək üçün heç bir söz demək istəmədiyini, ancaq həqiqətən xoşbəxt olduğunu qeyd elədi.
Cəbəli-Tariqdə yalnız cazibədar xanımlar yaşamır, bura həmçinin İngilis dilinin rəsmi dil olduğu Aralıq dənizi hövzəsində yeganə yerdir. Siz burada səhər yeməyi üçün qizardılmış ingilis yeməklərini, mağazalardan ingilis məhsulları ilə dolu rəflərdən Disektiv biskuitlərini və Nestle Aeroslarını ala bilərsiniz. Əlbəttə, əsas məsələ hələ də həqiqi mənzərədir. Bura sizin iki qitəni (Avropa və Afrika) görə bildiyiniz tək yerdir və həmçinin ətrafda veyllənən şirin meymunlar da bu mənzərəyə əlavə rəng qatır.
Kateqoriyası: Maraqlı hadisələr | İpucu verildi: Cəbəli Tariq, Kaiane Aldorino, miss 2009 | Leave a Comment »
Azərbaycan mədəniyyəti
Posted by azturizm on 20/09/2009
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının zəngin tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti vardır.
Müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçmişdir.
Ən qədim dövrlərdən zəmanəmizədək davam edən xalq sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir. Əbəs yerə olmayaraq indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının sənət nümunələrini görmək olar. Yazının ardını oxu »
Kateqoriyası: Azərbaycan haqqında | İpucu verildi: Azərbaycan | Leave a Comment »
Azərbaycan təbiəti
Posted by azturizm on 20/09/2009
Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 – e.ə. təqr.120), Strabon (e.ə. 64/63 – eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 – təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumatlar vermişlər.
Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826 – təqr. 912-913), Əbu-İshaq İstəxri (təqr. 820-934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu – XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247-1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar. Yazının ardını oxu »
Kateqoriyası: Azərbaycan haqqında | İpucu verildi: Azərbaycan | Leave a Comment »
Azərbaycan tarixi
Posted by azturizm on 19/09/2009
Əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar və gözəl iqlim Azərbaycana təkcə dinc sakinləri cəlb etmirdi. Azərbaycan tarix boyu Roma və Parfiya, Ərəb xilafəti kimi imperiyaların, Çinqiz xanın, Teymurləngin, Osmanlı türklərinin və Rusiyanın işğallarına məruz qalmışdır.
Azərbaycanın hər bir vilayətində burada qədimləri və daha əvvəl – tarixdən əvvəlki dövrlərdən insanların yaşadığını sübut edən çoxsaylı arxeoloji abidələr mövcuddur. Azıx və Tağlar mağaralarında əldə olunmuş arxeolojı materiallar burada yaşamış qədim insanların ixtiyarında gözəl iqlimin, zəngin su ehtiyatlarının olduğunu sübut edir.
Qədim insanlar işğalçılardan və münaqişələrdən qorunmaq üçün bəzən dağlara çəkilir və burada özlərinin əzəli həyat tərzinə uyğun yığcam etnik qruplar şəklində ayrı – ayrı məskənlər salırdılar. Son Neolit dövründə kənd təsərrüfatı və maldarlıq ibtidai inşaat və duluşçuluqla eyni vaxtda inkişaf etməyə başladı.
Daha sonra üzəri naxışlı keramika və bəsit petroqliflər (Qobustan, Gəmiqaya, Şahtaxtı, Şomutəpə, Əliköməktəpə, Kültəpə arxeoloji materialları) meydana gəldi. Tunc dövründə (e.ə. 3-1 minilliklər) metal emalı ilə əlaqədar sənət növləri (silah hazırlanması) yarandı, sümükdən məmulatlar, toxuma məmulatlar, naxışlı keramika istehsalı inkişaf etməyə başladı. Kiçik Asiya və Yaxın Şərq ölkələrinin xalqları ilə əlaqələr intensiv xarakter aldı (Azərbaycanın bir çox bölgələrindən əldə edilmiş Kür-Araz mədəniyyətinə aid arxeoloji materiallar). Yazının ardını oxu »
Kateqoriyası: Azərbaycan haqqında | İpucu verildi: Azərbaycan | Leave a Comment »
Azərbaycan
Posted by azturizm on 17/09/2009
Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir.Sərhədlərinin ümumi uzunluğu 3472 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir.

Azerbaycanin fiziki xeritesi
Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü(4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir.
Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi ölkənin iqliminin mülayimləşməsinə təsir göstərir. Yazının ardını oxu »
Kateqoriyası: Azərbaycan haqqında | İpucu verildi: Azərbaycan | Leave a Comment »


